ABŞ Prezidenti Donald Tramp məlumatların emalı mərkəzlərini xaricdə, xüsusilə Çində tikəcək Amerika şirkətlərinə yüksək vergilər tətbiq ediləcəyini bildirib.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
"Biz şirkətlərə başqa ölkələrdə məlumatların emalı mərkəzləri tikməyə imkan verməyəcəyik. Əgər bunu etsələr, onlara nəhəng vergilər tətbiq edəcəyik", – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Vaşinqton hesablama infrastrukturunun ölkə hüdudlarından kənara köçürülməsinə yol vermək niyyətində deyil. O, bu vəziyyətdən Çinin faydalana biləcəyini vurğulayıb.
ABŞ Prezidenti məlumat mərkəzlərini xaricə köçürməyə cəhd edən şirkətlərin böyük maliyyə sanksiyaları ilə üzləşəcəyini də qeyd edib.
ASEAN Parlament Assambleyasında Gürcüstanın Orta Dəhlizdəki rolu müzakirə olunub