02 sentyabr 2025 13:29
208

Ederson Türkiyə nəhənginə keçdi

Braziliyalı qapıçı Ederson "Mançester Siti"ni tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qapıçı karyerasını Türkiyənin "Fənərbaxça" klubunda davam etdirəcək. Daha əvvəl onunla "Qalatasaray"ın da maraqlandığı bildirilirdi.

Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, klub tarixinin ən uğurlu futbolçularından biridir. Braziliya millisinin qapıçısı Xosep Qvardiolanın rəhbərliyi altında Mançester komandası ilə 18 titul qazanıb. 

Futbolçunun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.