Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasında 2025-ci il mövsümünün final mərhələsində iştirak edəcək.
“İki sahil” Basketbol Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, həlledici mərhələ sentyabrın 13–14-də Çinin Şanxay şəhərində keçiriləcək.
Final mərhələsində mövsümün reytinq xallarına əsasən, ən yaxşı nəticə göstərmiş yeddi komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.
Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar