28 avqust 2025 17:43
95

Ursula fon der Lyayen Trampı Kiyevdəki Aİ missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampı telefon vasitəsilə Kiyevdəki Avropa İttifaqı (Aİ) missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kiyevə qarşı həyata keçirilən və həmçinin Aİ-dəki ofislərimizə təsir edən kütləvi hücumdan sonra ABŞ Prezidenti Donald Trampla danışdım. Rusiya lideri Vladimir Putin danışıqlar masasına oturmalıdır. Ukrayna üçün ədalətli və uzunmüddətli sülhü təmin etməliyik", - o qeyd edib.