27 avqust 2025 19:56
216

ABŞ-da məktəbdə atışma olub - YENİLƏNİB

Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Departamenti açıqlama yayıb. Hadisə zamanı 20 nəfərin də xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.

***

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib. "Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm",- deyə o, sosial media hesabında yazıb.

Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər. Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.