25 avqust 2025 13:01
160

"Neftçi" serbiyalını heyətinə qatıb

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası yeni legionerlə anlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Serbiyalı basketbolçu Stefan Keniçlə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu 2015/2016 mövsümündə Serbiyanın məşhur "Srvena Zvezda" klubunda çıxış edib. Basketbolçu peşəkar karyerasında 2023/2024 mövsümünü Polşanın "Arka" klubunda keçirib.