Misli Premyer Liqasının 2-ci turunda “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlib.
“İki sahil”in məlumatına görə, “Azersun Arena”da baş tutan oyunun 38-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Şarl Boli hesabı açıb. 53-cü dəqiqədə Ba-Muaka Simakala naxçıvanlıların üstünlüyünü iki topa yüksəldib. 78-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Aleks Serrano buraxılan qollardan birinin əvəzini çıxa bilib.
Misli Premyer Liqası,
2-ci tur
24 avqust (bazar)
19:30. “Turan Tovuz ” 1-2 “Araz-Naxçıvan”
Qollar: Şarl Boli, 38 (0-1), Ba-Muaka Simakala, 53 (0-2), Aleks Serrano, 78 - pen. (1-2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”