24 avqust 2025 18:50
137

MPL: “Sabah” “Şamaxı”ya qalib gəldi

Misli Premyer Liqasının 2-ci turunda “Şamaxı” “Sabah”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 1-ci dəqiqəsində Coy-Lens Mikels hesabı açıb. 59-cu dəqiqədə Dioqo Balau hesabı bərabərləşdirsə də 76-cı dəqiqədə Coy-Lens Mikels yenidən komandasını hesabda önə çıxarıb - 1-2.

Qarşılaşma bu hesabla da başa çatıb. 

Misli Premyer Liqası,

2-ci tur

24 avqust (bazar)

17:00. “Şamaxı” 1-2 “Sabah”

Qollar: Coy-Lens Mikels, 1 (0-1), Dioqo Balau, 59 (1-1), Coy-Lens Mikels, 76 (1-2)

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”