Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.
Elçin Əmirbəyov Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib - FOTO
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər