18 avqust 2025 17:13
85

İstanbul Ukrayna Zirvəsi üçün ideal yerdir - “Milliyet”

Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Özay Şendir İstanbuldakı Atatürk hava limanını Ukrayna ilə bağlı üçtərəfli sammit üçün ideal yer adlandırıb.

“İki sahil” xəbər verir ki,  nəşr bildirir ki, Türkiyə siyasi baxımdan qısa müddətdə belə bir zirvə keçirə bilən yeganə ölkədir.

Müəllifin sözlərinə görə, Atatürk Hava Limanındakı fəxri zalı və mətbuat konfransı zalında sammitin keçirilməsi üçün kifayət qədər şərait var.

Bundan əlavə, sammitin keçiriləcəyi bina daha sonra təyyarənin 100 addımlığında olacaq ki, bu da xüsusi xidmət orqanlarının maraqlarına uyğundur.

Məqalədə həmçinin qeyd olunur ki, Atatürk Hava Limanı dənizdən yaxın məsafədən müdafiə olunmaq imkanı olan qapalı ərazidir.