09 avqust 2025 21:12
108

"Roma" "Everton"a qalib gəldi

"Roma" və "Everton" arasında yoldaşlıq görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, Liverpuldakı qarşılaşma “canavarlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun yeganə qolunu 70-ci dəqiqədə argentinalı hücumçu Matius Soule vurub.

A Seriyasının 1-ci turunda, avqustun 23-də “Roma” öz meydanında “Bolonya” ilə qarşılaşacaq. “Everton” isə yeni mövsümdə Premyer Liqadakı ilk oyununu avqustun 18-də səfərdə “Lids”ə qarşı keçirəcək.

Qeyd edək ki, bu yay “Roma”ya “Atalanta”nın sabiq baş məşqçisi Can Pyerro Qasperini rəhbərlik etməyə başlayıb. O, bu vəzifədə Klaudio Ranyerini əvəz edib. “Everton”u isə 2025-ci ilin yanvarından şotlandiyalı Devid Moyes çalışdırır.