"Əl-Nəsr" "Bavariya"nın futbolçusu Kinqsli Komanı hədəfləyib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu artıq fransalı vinger üçün ilkin təklifini göndərib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Bildirilir ki, 29 yaşlı oyunçu "Əl-Nəsr"in əsas hədəfinə çevrilib.
Qeyd edək ki, Kinqsli Komanın "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.