09 avqust 2025 18:08
122

Addai “Qarabağ”dan ayrılır?

Qanalı cinah oyunçusu Emmanuel Addai “Qarabağ”dan ayrıla bilər.

“İki sahil” Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə yerli APOEL ciddi şəkildə maraqlanır. 

Kiprlilərin Ağdam təmsilçisi ilə razılığa yaxınlaşdığı bildirilir.

Xatırladaq ki, Addainin “Qarabağ”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro təşkil edir.