Ağdaşda cərəyan vuran şəxs ölüb.
“İki sahil” xəbər verir ki, hadisə avqustun 8-də rayonun Xosrov kəndində baş verib.
Belə ki, Ağdaş rayonu, Xosrov kənd sakini 1990-cı il təvəllüdlü Tahirov Saleh Əlağa oğlu rayonun kənd ərazisində “Belarus” markalı 03-BA-084 dövlət nömrə nişanlı traktorda qaynaq işləri görən zaman onu elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq
XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir