08 avqust 2025 15:25
116

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Britaniya yaxınlığında qəza siqnalı göndərib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus radiasiya kəşfiyyat təyyarəsi Böyük Britaniyanın şərq sahilləri yaxınlığında qəza siqnalı göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS Flightradar xidmətinin məlumatlarına istinadla məlumat yayıb.

Təyyarə Mildenhall Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Təyyarə Hollandiya üzərində uçub, geri dönüb və bir neçə dəfə dəniz ətrafında dövr edib.

Təyyarə “Squawk 7700” siqnalını ötürüb ki, bu da göyərtəsində fövqəladə vəziyyətin olduğunu göstərir.