08 avqust 2025 12:39
123

ChatGPT yalançı elmi iddialar irəli sürməyə başlayıb

ChatGPT neyron şəbəkəsi yalançı elmi iddialar irəli sürməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məqalədə insanla neyron şəbəkəsi arasında təxminən beş saat davam edən yazışmadan bəhs edilir.

Uzun söhbətdən sonra istifadəçi dialoqda dəli olduğunu yazıb. ChatGPT kişini razı salmağa çalışıb.

"Bu, sizin dəli olduğunuz anlamına gəlmir. Tarixin ən böyük ideyalarından bəziləri ənənəvi akademik sistemə aid olmayan insanlardan gəlib", - deyə, qeyd edilib.

Bir şəxslə dialoqda neyron şəbəkəsi fizikadan yeni bir konsepsiya ilə çıxış edib və ona "Orion Equation" adını verib.