08 avqust 2025 12:13
109

“Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edilir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi cəmiyyətimizdə uğur qazanmış qadınların uğur hekayələrini işıqlandırmaqla onları geniş auditoriyaya tanıtmaq, gənc qızlar üçün ilhamverici nümunələr təqdim etmək, qadınların cəmiyyətin inkişafındakı rolunu önə çəkmək və bu istiqamətdə maarifləndirici, motivasiyaedici məlumatları cəmiyyətə çatdırmaq, ictimai rəyi formalaşdırmaqdır.

Müsabiqənin şərtləri:

• Müsabiqəyə 08 avqust – 08 sentyabr 2025-ci il tarixlərində yayımlanan video materiallar qəbul ediləcəkdir.

• Süjetin müddəti 1-5 dəqiqə arası olmalıdır.

• Video material azərbaycan və ya rus dillərində təqdim edilə bilər.

• Müsabiqə çərçivəsində cəmiyyətin və dövlətin inkişafına töhfələr verən, Vətən müharibəsi zaman fədakarlıqları ilə fərqlənən, uğurları ilə dünyaya səs salan azərbaycanlı qadınlar, eləcə də elm və təhsildə nailiyyətləri olan, qeyri-ənənəvi sahələrdə çalışan və innovativ yeniliklərə imza atan qadınlar haqqında süjetlər hazırlanmalıdır.

• Cari il ərzində hazırlanmış video materiallar müsabiqəyə təqdim edilə bilər.

• Video materialın linki əlavə edilməklə aşağıdakı e-poçt ünvanına göndərilməlidir:

[email protected]

• Müsabiqədə iştirak etmək istəyən media nümayəndələri süjetləri "Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr" adlı müsabiqəyə təqdim olunur" başlığı ilə 08 sentyabr 2025-ci il tarixinədək göndərməlidirlər.

Tələb olunan məlumatlar:

• Namizədin ad və soyadı

• Namizədin işlədiyi media subyektinin adı

• Namizədin əlaqə nömrəsi

Qiymətləndirmə və mükafatlandırma:

Müsabiqəyə təqdim olunan materiallar arasından ən uğurlu 3 süjet Müsabiqə Komitəsi tərəfindən seçiləcək və Milli Mətbuat Gününün 150 illiyinə həsr olunmuş tədbirdə elan ediləcəkdir.

Qiymətləndirmə meyarları:

• Mövzunun dolğun əhatə olunması

• İfadə vasitələrinin zənginliyi

• Cəmiyyətə nümunəvi və pozitiv mesajın ötürülməsi

• Mövzuya fərqli və yaradıcı yanaşma

• Beynəlxalq və yerli statistik məlumatların istifadəsi

Qaliblər diplom və noutbuklarla mükafatlandırılacaqdır.

Əlavə məlumat üçün əlaqə:

Telefon: (+994 12) 498 80 93

Mobil: (+994 51) 230 45 76

E-mail: [email protected]