08 avqust 2025 10:33
109

Ağ Evin qarşısında Azərbaycan himni

Vaşinqtonda Ağ Evin qarşısında Azərbaycan himni səsləndirilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Himnimizin ABŞ-də səsləndirilməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən ABŞ-yə işgüzar səfər edib, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüş keçirib. Bu gün isə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.