08 avqust 2025 09:30
106

Mask süni intellektin yeni modelinin müjdəsini verdi

"xAI" şirkəti bu ilin sonuna kimi süni intellektin yeni "Grok-5" modelini istifadəyə verəcək".

“İki sahil” xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar, "xAI" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.

"Grok-5" bu ilin sonuna qədər təqdim ediləcək və o inanılmaz dərəcədə gözəl olacaq", - deyə Mask bildirib.

Qeyd edək ki, ötən gün "OpenAI" şirkəti də "ChatGPT" süni intellektinin yeni versiyasını təqdim edib.