08 avqust 2025 08:47
104

Samsung ilk dəfə iPhone üçün prosessor istehsal edəcək

Cənubi Koreyanın “Samsung” korporasiyası “Apple”ın iPhone modelləri üçün prosessor istehsalına başlayacaq.

“İki sahil”in “Android Authority” nəşrinə istinadla verdiyi məlumata görə, Amerika şirkəti bu çipləri Texas ştatının Ostin şəhərində yerləşən “Samsung” zavodundan alacaq.

İndiyədək “iPhone” üçün prosessorları əsasən Tayvanın TSMC şirkəti istehsal edirdi. “Samsung” isə Exynos prosessorlarını yalnız öz cihazları üçün hazırlayır, amma “Apple”a displeylər, operativ yaddaş modulları və digər mikrosxemlər təchiz edirdi.

Ekspertlərin sözlərinə görə, bu əməkdaşlıq iki texnoloji nəhəngin iPhone-un əsas komponentlərinin istehsalında ilk birgə addımı olacaq.