Yaponiyanın müdafiə naziri Hen Nakatani sentyabrın əvvəlində Cənubi Koreyaya səfər etməyi planlaşdırır.
“İki sahil” "Yonhap"a istinadən xəbər verir ki, H. Nakatani bu barədə cənubi koreyalı həmkarı An Qyu-bək ilə keçirdiyi onlayn görüşdə məlumat verib.
Danışıqlar zamanı yapon naziri Seula səfər etmək niyyətində olduğunu bildirib. Səfər təsdiqlənərsə, bu, Yaponiya müdafiə nazirinin 2015-ci ildən bəri Cənubi Koreyaya ilk rəsmi ziyarəti olacaq.
Qeyd edək ki, Nakatani ötən ilin dekabrında Seula səfər etməyi planlaşdırmışdı, lakin ölkə daxilində vəziyyətin gərginləşməsi səfərin baş tutmasına mane olmuşdu.