05 avqust 2025 19:14
111

Laricani İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi təyin edilib

İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.

“İki sahil” İRNA-ya istinadla xəbər verir ki, prezident bu barədə müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri vəzifəsini tutub.