05 avqust 2025 23:14
95

Kölgədə hava 42 dərəcəyə çatıb

Bu ölkədə temperatur yüksək dərəcəyə çatdı

Yaponiyanın İsesaki şəhərində rekord yüksək temperatur qeydə alınıb. Şəhərdə havanın temperaturu kölgədə 41.8 dərəcəyə çatıb. Bu göstərici 19-cu əsrin sonundan bəri aparılan sistematik hava müşahidələri tarixində ölkə üzrə ən yüksək temperatur hesab olunur.

“İki sahil” xəbər verir ki, Tokionun mərkəzində də temperatur sürətlə yüksəlib. Yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 07:00 radələrində) havanın temperaturu kölgədə 37 dərəcəyə yaxınlaşıb. Son dörd gündür ki, ölkə üzrə temperatur 35 dərəcədən yuxarı səviyyədə qalmaqdadır.

Meteoroloqlar əhalini isti hava şəraitində ehtiyatlı olmağa, xüsusilə açıq havada olan zaman günvurmaya qarşı tədbir görməyə çağırır.