05 avqust 2025 23:58
97

Litva NATO-dan ərazisinə dron əleyhinə sistemlər yerləşdirməyi xahiş edir

Litvanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Mark Rutteyə ölkədə dron əleyhinə əlavə vasitələrin yerləşdirilməsi xahişi ilə birgə məktub göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dovila Şakalene bildirib.

"Biz eksperimental sistemlər olsa belə, əlavə dron əleyhinə vasitələr xahiş edirik. Biz onları dəyişən şəraitdə sınaqdan keçirməyə hazırıq", - o deyib.

Sorğu iyul ayında baş verən insidentlərdən sonra göndərilib: Belarusdan göndərilən iki pilotsuz təyyarə Litva sərhədini keçib. Onlardan birinin - Rusiya istehsalı olan "Gerbera"nın döyüş qabiliyyəti yox idi. İkinci pilotsuz təyyarə 2 kq. partlayıcı ilə təchiz edilib. Hər iki qurğu insidentsiz Litva ərazisinə düşüb.