05 avqust 2025 12:15
107

Belarus XİN Polşaya etiraz edib

Belarus Xarici İşlər Nazirliyi Polşanın Minskdəki müvəqqəti işlər vəkilini çağıraraq ona Varşavada anti-Belarus aksiyasının hazırlanması ilə bağlı nota təqdim edib.

“İki sahil” xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov deyib.

Onun sözlərinə görə, avqustun 9-10-da Varşavada, C.Pilsudski meydanında və Varşava Universitetində tədbirin keçirilməsi planlaşdırılır. Aksiyanın təşkilatçıları və fəal iştirakçıları “dağıdıcı və təxribatçı fəaliyyətləri ilə tanınan” Belarus mühacirətinin nümayəndələridir.

“Bununla əlaqədar olaraq Polşa Respublikasının Belarus Respublikasındakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib”, - Belarus XİN-dən bildirilib.

Ruslan Varanko, həmçinin vurğulayıb ki, Xarici İşlər Nazirliyi təxribatlara qarşı lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayaraq vəziyyətin inkişafını izləyəcək.