04 avqust 2025 23:02
131

Şəhid Pəncəli Teymurovun şərəfinə idman yarışı

Hünər göstərib adını  qəhrəmanlıq tariximizə  yazdıran şəhid Pəncəli Teymurovun xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur. Onun doğma Astara rayonunda adı ilə bağlı tez-tez  müxtəlif tədbirlər olur.  Bu günlər isə   mini-futbol idman növü üzrə Astara rayon açıq turnirinə start verilib. Turnir  “Ümid” İdman Kompleksində keçirilir, təşkilatçı  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsidir

Turnirdə 16 komanda 4 qrupda yarışların dairəvi sistemi üzrə mübarizə aparır. Hər qrupda 1 və 2-ci yerləri qazanan komandalar əvvəlcə 1/4 final, sonra yarımfinal, final mərhələsində qüvvələrini sınayacaq və fəxri yerlər müəyyən olunacaq. Turnirin qrup oyunları 06 avqust, final oyunları isə 12 avqust tarixinədək davam edəcəkdir.

Turnirin ilk günündə 4 oyunda futbolçular  top qovmaqla bir-birini sınağa çəkiblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü