Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar.
“İki sahil” Cüdo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.
Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.
2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi