Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.
Qeyd edək ki, Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi