Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.
"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi