Argentinalı ulduz futbolçu Lionel Messi peşəkar karyerasını başa vurduqdan sonra hazırda çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunda rəhbər vəzifə tuta biləcək.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq bənd Messinin "İnter Mayami" ilə yeni müqaviləsində qeyd olunacaq.
Bildirilir ki, tərəflər danışıqları davam etdirirlər və yeni saziş üç il, yaxud da daha uzun müddətə ola bilər.
Xatırladaq ki, Messinin 38 yaşı var və 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi