31 iyul 2025 11:43
173

”Beşiktaş” bu gün “Şaxtyor”la cavab matçına çıxacaq

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gələcək.

Polşanın Krakov şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalib gəlib.