İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal"ın müdafiəçisi Vilyam Saliba klubla olan müqavilə müddətini artırmağa hazırdır.
“İki sahil” "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə futbolçu özü müsahibəsində deyib.
O, "topçular"ın heyətində özünü xoşbəxt hiss etdiyini, karyerasını bu komandada davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki, Vilyam Salibanın "Arsenal"la olan müqavilə müddəti 2027-ci ildə başa çatacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi