Türkiyə nəhənglərindən olan "Qalatasaray" bütün borclarını ödəyərək tarixində ilkə imza atıb.
“İki sahil” xəbər verir ki, bunu "Qalatasaray" klubunun prezidenti Dursun Özbek müsahibəsində özü açıqlayıb.
"Qalatasaray" klubu tarixində ilk dəfə bütün kredit borclarını, futbolçularına olan maaş borclarını tamamilə bağlayıb. Hazırda heç bir qurum və futbolçuya borcumuz yoxdur. Bundan əlavə, yeni planlarımız var və bunlar bizə ilin sonunadək 50-60 milyon dollar gəlir qazandıracaq", - deyə D.Özbek bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu Dursun Özbekin idarəçiliyi altında ümumilikdə 10 kubok qazanıb. Bunlardan beşi isə son üç il ərzində alınıb.