27 iyul 2025 14:33
137

ABŞ dövlət katibi Vensin prezident olmasını istəyir

"ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə dövlət başçısı olmaq üçün namizəd ola bilər".

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"Fikrimcə, Cey Di əla namizəd olardı", - deyə o vurğulayıb.

Bununla belə, Rubio öz namizədliyini də istisna etməyib:

"Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç nəyi istisna etmirəm. Hazırda tamamilə işimə köklənmişəm".