“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, o, daha öncə də "Səbail"də çıxış edib və 2024-ci ilin yayında "dənizçilər"i tərk edib.