Filip Ozobiç “Turan Tovuz”a keçib.
“İki sahil” xəbər verir ki, son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.