Azərbaycanın I Liqa klublarından "Difai" daha 3 futbolçusu ilə vidalaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Difai” Ceyhun Muxtarlı, Ömər Məmmədzadə və Rəvan Əvəzov ilə yollarını ayırıb.
Klub hər üç futbolçuya təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, "Difai" daha əvvəl Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənovla da vidalaşıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi