25 iyul 2025 00:07
165

UEFA Konfrans Liqası: “Sabah” səfərdə Moldova klubuna qalib gəlib

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olub.

Kişineudakı “Zimbru” stadionunda keçirilən görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 82-ci dəqiqədə Pavol Safranko, 90-cı dəqiqədə Kahim Parris vurub.

Komandalar arasında cavab oyunu iyulun 31-də Masazırda keçiriləcək.