Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” II təsnifat mərhələsində ilk oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstanın “Aris” kollektivini qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən görüş Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren açıb. Lakin “Araz-Naxçıvan” 75-ci dəqiqədə Felipe Santos və 78-ci dəqiqədə Patrik Andradenın qolları ilə meydandan qalibiyyətlə ayrılıb.
Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxıblar.
Rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren adını tabloya yazdırıb.