İspaniyanın "Barselona" komandası heyətinə yeni futbolçu cəlb edib.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu icarə əsasında birillik heyətinə qatıb.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.