Bu gün UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq "Zirə" bu gün doğma meydanda Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək.
“İki sahil”in məlumatına görə, oyun günündə daha 6 qarşılaşma baş tutacaq.
Günün oyunları çərçivəsində aşağıdakı komandalar üz-üzə gələcək:
"Zirə" - "Hayduk"
"Levadiya" - "Saburtalo"
"Silkeborq" - "Akyureyri"
"Nyu-Seynts" - Differdanj"
"Olimpiya" - "Eskaldes"
"Buduçnost-Podqoriça" - "Milsami"
Qeyd edək ki, digər Azərbaycan təsmilçiləri "Araz-Naxçıvan"la "Sabah" mübarizəyə iyulun 24-də start verəcəklər. Naxçıvan təmsilçisi Bakıda "Dalğa Arena"da, "Sabah" isə səfərdə növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaqlar.