23 iyul 2025 08:15
118

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxacaq. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası,

2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq 

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya.