“Neftçi” növbəti transferini reallaşdırıb.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.
27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.
O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi