Türkiyənin “Qalatasaray” komandası tanınmış qapıçını transfer edəcək.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.
31 yaşlı əlcək sahibi “cim-bom”un 7 milyonluq maaş təklifinə “hə” deyib.
Əvvəlcə “Mançester Siti”nin transfer üçün “Qalatasaray”dan 15 milyon avro istədiyi, danışıqlardan sonra bu rəqəmin 9 milyon avroya endirildiyi bildirilib.
Qeyd edək ki, Türkiyə nəhəngi daha əvvəl “Napoli”dən Viktor Osimhenlə razılığa gəlib.