Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gələcək. Görüşə Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Azərbaycan təmsilçilərindən "Zirə” ilk oyuna sabah çıxacaq. Rəqib isə Xorvatiya “Hayduk”u olacaq. “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.