Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.
“İki sahil” xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1.
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi