Fransa PSJ-sinin baş məşqçisi Luis Enrike Madrid "Real"ının yarımmüdafiəçisi Eduardo Kamavinqanı almaqda maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis fransızın PSJ-nin yarımmüdafiəsini gücləndirəcəyinə və komandanın daha ardıcıl çıxış etməsinə şərait yaradacağına inanır.
Eyni zamanda qeyd olunur ki, "Real Madrid" Camavinqanın zədələrindən narahatdır. Ötən mövsüm futbolçunun 4 zədəsi olub, ümumilikdə futbolçu 159 günə sağalıb.