Almaniyanın ev sahibliyi etdiyi Dünya Yay Universiadasının Berlində keçirilən üzgüçülük yarışlarının dördüncü günündə Azərbaycanın üç idmançısı mübarizə aparıb.
“İki sahil” xəbər verir ki, üzgüçülərimiz iki növdə yarışıblar. Universiadada 50 metr məsafəyə arxasıüstə üzmə yarışında Nihad Yusibov və Rəşad Alquliyev mübarizə aparıblar. R.Alquliyev məsafəni 27.26 saniyəyə, N.Yusibov isə 28,97 saniyəyə qət edib.
100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Abdurrəhman Rüstəmov və Rəşad Alquliyev çıxış ediblər. A.Rüstəmov 50.87, R.Alquliyev isə 53.23 saniyəlik nəticə göstərib.
İdmançılarımız bu nəticələrlə növbəti mərhələyə adlaya bilməyiblər. Buna baxmayaraq, A.Rüstəmov və R.Alquliyev şəxsi rekordlarını yeniləyiblər. Onların bu yarışa qədər şəxsi rekordları müvafiq olaraq 51.31 və 53.97 saniyə idi.
Universiadaya iyulun 27-də yekun vurulacaq.