19 iyul 2025 16:50
131

Millimizin basketbolçusu “Olimpiakos”a keçib

Yunanıstanın “Olimpiakos” komandası heyətinə yeni basketbolçu cəlb edib.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Amerikadan olan oyunçusu Donta Hall Yunanıstan təmsilçisinə keçib.

Onunla üçillik müqavilə imzalanıb. Basketbolçu son olaraq İspaniyanın “Baskonia” kollektivində çıxış edib.

Qeyd edək ki, Donta Halla 2023-cü ildə Azərbaycan vətəndaşlığı verilib.