19 iyul 2025 12:37
142

Azərbaycanın basketbol millisi Küveytə məğlub olub

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması yoxlama görüşü keçirib.

“İki sahil” xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında iştirak edən yığma küveytli həmyaşıdları ilə qarşılaşıb.

Matç rəqibin 77:67 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Avropa Çempionatının B divizionu öncəsi taktiki və texniki məşqlər keçirir. Toplanış iyulun 22-nə qədər davam edəcək.